Bazar, 28 Aprel

Göyərtilərin "şahı" İspanaq: Faydası saymaqla bitmir - FOTO

image

Amerikanın Oreqon Universitetində aparılan bir araşdırmada ispanağın bir çox faydaları açıqlayıb.

Bu barədə xarici medaya istinadən xəbər verir.

Böyük bir maqnezium qaynağı olan ispanaq təkcə qida deyil, həm də osteoporoz, ürək xəstəlikləri, kolon xərçəngi və artrit kimi bir çox xroniki xəstəliklərin düşmənidir.

İspanaq kolon xərçənginin yaranmasının qarşısını 40 faiz azaldır. Tərkibində A, C, E və B qrup vitaminləri var.

Tərkibində maqnezium, fosfor və yod mineralları da olan ispanaq dəmirlə zəngin olduğu bildirilən bir qidadır. İspanaq da çox miqdarda protein ehtiva edir. İspanaq tərkibindəki qida dəyəri sayəsində yüksək təzyiq, iflic və xüsusilə yaşlanmaya bağlı görmə problemlərinə qarşı faydalıdır.

İspanaq əsəbləri sakitləşdirir, insana rahatlıq verir. Orqanizmi bioloji cəhətdən rahatlaşdıran başqa bir məqam ispanaqın həzmi asanlaşdırmasıdır.

İspanaq bədənin yara və yanıq kimi zədələnmiş bölgələrində də sağalmanı sürətləndirir.

İspanaq yemək sümükləri və dişləri də gücləndirir. Buna uyğun olaraq ispanaqın diş çürüməsinin qarşısını aldığı da iddia edilir.

İspanaq xolesterolu azaldır və diabet üçün də faydalı hesab olunur.

İspanağın bəzi məlum faydaları xüsusilə bədənin müqaviməti və dözümlülüyü ilə bağlıdır. Bədən dözümlülüyünü artıran və bədənə güc qatan ispanaq yorğunluğu aradan qaldırmaqda da təsirli bir qidadır.

İspanaq həm də zehni gücləndirir. Bu qida həmçinin qan azlığından əziyyət çəkən insanlara da yaxşı təsir edir.

İspanağın bilinən ən əhəmiyyətli faydalarından biri xərçəng və ürək-damar xəstəlikləri kimi həyati xəstəliklərə qarşı faydalı olmasıdır. Bundan əlavə ispanaq soyuqdəymə, ağız boşluğu, boğaz və sinə xəstəliklərinə qarşı çox faydalı olduğu bilinir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39